Abituriyent hazırlığı 8.9.10.11-ci sinif şagirdləri, eləcədə məzunlar üçün təşkil edilmişdir.Dərslər paket şəklində Buraxılış və Blok fənləri üzrə tədris edilir. Kursumuzda oxumaq istəyən hər bir şagird ilk olaraq hər hansı bir ixtisas bloku seçməli və həmin ixtisas bloku fənlərindən sinfinə müvafiq olaraq imtahan verməlidir.
Şagirdin imtahan zamanı yığdığı bal onun təhsil ilinə başlanğıc balı hesab edilir.
Şagirdlərə qəbul imtahanında yığdıqları bala uyğun olaraq təhsil haqqı qiymətində güzəşt edilir.
Hər hansı bir şagird qəbul imtahanı verməkdən imtina edərsə onun təhsil ilinə başlanğıc balı “0” hesab edilir.
Bu zaman o, təhsil haqqı güzəştindən məhrum olur.

 

 

Abituriyent hazırlığı kurslarında dərslər aşağıdakı qrafikə uyğun keçirilir:
Fənn sayı: 5-6
Həftə ərzində dərs günü: 3
Aylıq dərs saatı: 67-81
İllik dərs yükü: 9-10 ay
Dərslər saat 15:00-da başlayır. (19-10 və ya 20:00-da bitir)
Bir dərsin müddəti 90 dəqiqədir.
Dərslər DİM-in ali məktəblərə qəbul proqramına uyğun olaraq təcrübəli müəllimlər tərəfindən keçirilir.

 

***

 

Abituriyentlər dərs ili ərzində aşağıdakı imtahanları verirlər. 
BSİ (Buraxılış Sınaq İmtahanı) – Bu imtahan ayda bir dəfə olmaqla,  DİM-in Buraxılış imtahanı (Ana-dili, Riyaziyyat, Xarici dil) sisteminə uyğun olaraq keçirilir. Nəticə barədə valideynlər məlumatlandırılır.
MSİ (Mövzu Sınaq İmtahanı) – Bu imtahan ayda bir dəfə olmaqla,  DİM-in qəbul imtahanı (Blok fənləri üzrə) sisteminə uyğun olaraq keçirilir. Nəticə barədə valideynlər məlumatlandırılır.
ÜSİ (Ümumi Sınaq İmtahanı) – Bu imtahan may, iyun və iyul aylarında olmaqla, DİM-in qəbul imtahanı (Blok fənləri üzrə) sisteminə uyğun olaraq keçirilir. Nəticə barədə valideynlər məlumatlandırılır.

 

***

Nəticələrin təhlili

 Uğurlarımızın əsas səbəblərindən biri də hər bir abituriyentin dərs və imtahan nəticələrinin təhlil edilməsidir. Təhlil zamanı şagirdin təlim prosesində hər hansı bir neqativ xüsusiyyəti müəyyən edilərsə idarə heyyəti və müəllimlər bu problemin aradan qaldırılması yollarını müzakirə edir, qərar qəbul edilir və tətbiq edilir.

***

Valideyinlərin məlumatlandırılması

İşimizin əsas istiqamətlərindən biri də valideynlərlə işdir. Abituriyentin uğur qazanmasında müəllim və valideyn işbirliyinin əhəmiyyəti danılmazdır. Bunu nəzərə alaraq kursumuz tərəfindən valideyinlər, abituriyent dərsə gəlmədikdə, ev tapşırığını etmədikdə, gündəlik qiymətləndirmə zamanı aşağı nəticə göstərdikdə, dərsə qarşı laqeyid münasibət bəslədikdə, nizam-intizam qaydalarına əməl etmədikdə məlumatlandırılır.