TƏKMİLLƏŞDİRMƏ KURSLARI (5,6,7,8-Cİ SİNİFLƏR ÜÇÜN)

 

Hazırlıq 5-6-7-8-ci sinif şagirdlərinin orta məktəb dərslərini daha yaxşı oxuması üçün nəzərdə tutulmuşdur. Biz sizi əmin edirik ki, bizimlə bərabər övladlarınız orta məktəb dərslərini daha yaxşı oxuyacaq.

                                                      Proqramın əhəmiyyəti

Proqrama daxil olan 5 fənnin məhz Azərbaycan dili, Riyaziyyat, İngilis dili,Tarix,Məntiq olaraq seçiməsi təsadüfi deyil. Belə düşünürük ki, bir Azərbaycanlı kimi hər bir kəsin öz ana dilini və tarixini mükəmməl bilməsi onun ən vacib borcudur. Riyaziyyat fənni isə öz əhəmiyyəti baxımından bütün digər dəqiq fənlərin açarı hesab edilir. Elmi texniki tərəqqinin inkişafı ilə “darlaşan” dünyanı isə İngilis dili olmadan təsəvvür belə etmək mümkün deyil.Məntiq fənni isə şagirdlərin məntiq və düşüncələrini artırmaq üçün nəzərdə tutulmuşdur.Xüsusi olaraq onu da qeyd etmək istəyirik ki, bu 5 fənn gələcək dövrdə, universitetlərə hazırlıq zamanı şagirdlər üçün baza bilikləri təşkil edəcək.

Dərslərin qrafiki

 *Fənn sayı: 5

*Həftə ərzində dərs günü: 3

*Bir dərsin müddəti: 45 dəqiqə

Dərslər orta məktəb proqramına uyğun olaraq təcrübəli müəllimlər tərəfindən keçirilir.

                                  Şagirdlər dərs ili ərzində aşağıdakı imtahanları verirlər:

Aylıq Sınaq İmtahanı – Bu imtahan ayda bir dəfə olmaqla, şagirdin müvafiq aylar ərzində orta məktəb dərslərini hansı səviyyədə mənimsəməsini müəyyən etmək məqsədi ilə kurs rəhbərliyi tərəfindən orta məktəb proqramına uyğun olaraq keçirilir. Sual sayları sinif fərqinə uyğun olaraq müəyyənləşdirilir. Nəticə barədə valideynlər məlumatlandırılır.

HƏDİYYƏLİ BİLİK YARIŞI –Bu imtahan ildə bir və ya iki dəfə olmaqla şagirdlərin il ərzində dərsləri hansı səviyyədə mənimsəməsini öyrənmək və onların dərsə olan maraqlarını daha çox artırmaq məqsədi ilə kurs rəhbərliyi tərəfindən orta məktəb proqramına uyğun olaraq keçirilir. Yaxşı nəticə göstərən şagirdlər kurs tərəfindən mükafatlandırılır. Sual sayları sinif fərqinə uyğun olaraq müəyyənləşdirilir. Nəticə barədə valideynlər məlumatlandırılır.

Valideyinlərin məlumatlandırılması
İşimizin əsas istiqamətlərindən biri də valideynlərlə işdir. Şagirdin uğur qazanmasında müəllim və valideyn işbirliyinin əhəmiyyəti danılmazdır. Bunu nəzərə alaraq kursumuz tərəfindən valideyinlər, şagird dərsə gəlmədikdə, ev tapşırığını etmədikdə, gündəlik qiymətləndirmə zamanı aşağı nəticə göstərdikdə, dərsə qarşı laqeyid münasibət bəslədikdə, nizam-intizam qaydalarına əməl etmədikdə məlumatlandırılır.