Məktəbəqədər hazırlığımız  4-5-6 yaş uşaqlar üçün nəzərdə tutulub. Tədris mərkəzimizdə məktəbəqədər hazırlıq Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Proqramı (Kurikulumu) əsasında Azərbaycan və Rus bölməsi üzrə aparılır. övladınız hazırlıq prosesini keçdikdən sonra məktəbə tam hazır olur. Eyni zamanda orta məktəb və liseylərə rahat şəkildə qəbul ola bilir.
Dərslərimiz həftəlik 2, 3 və 5 gün olmaqla tədris olunur. Tədris 2 növbəli keçirilir. 1-ci növbə 09:00-12:00 arası, 2-ci növbə isə 12:00-15:00 arası keçirilir. Tədris Sentyabr-İyun aylarını əhatə edir.

Tədris aşağıdakı fənlər üzrə aparılır:

  • Ana dili (Azərbaycan və ya Rus dili);
  • Yazı və Oxu;
  • İngilis dili;
  • Sadə riyazi təsəvvürlərin inkişafı;
  • Məntiqi təfəkkürün inkişafı;
  • Nitqin inkişafı;
  • Ətraf aləmlə tanışlıq;
  • İntelektual oyunlar;
  • Dərnəklər;
  • Ekskursiyalar və s.