MƏKTƏBƏQƏDƏR VƏ İBTİDAİ SİNİF HAZIRLIĞI

İBTİDAİ SİNİF HAZIRLIĞI
Hazırlıq 1-2-3-4-cü sinif şagirdlərinin orta məktəb dərslərini daha yaxşı oxuması üçün nəzərdə tutulmuşdur. İbtidai təhsilin düzgün qurulmasının vacibliyi yəqinki heç kimə sirr deyil. Biz sizi əmin edirik ki, bizmlə bərabər övladlarınız orta məktəb dərslərini daha yaxşı oxuyacaq.

  • Dərslər orta məktəb proqramına uyğun olaraq təcrübəli müəllimlər tərəfindən keçirilir.

                                Şagirdlər dərs ili ərzində aşağıdakı imtahanları verirlər:

Aylıq Sınaq İmtahanı – Bu imtahan ayda bir dəfə olmaqla, şagirdin müvafiq aylar ərzində orta məktəb dərslərini hansı səviyyədə mənimsəməsini müəyyən etmək məqsədi ilə kurs rəhbərliyi tərəfindən orta məktəb proqramına uyğun olaraq keçirilir. Sual sayları sinif fərqinə uyğun olaraq müəyyənləşdirilir. Nəticə barədə valideynlər məlumatlandırılır.

HƏDİYYƏLİ BİLİK YARIŞI –Bu imtahan ildə bir və ya iki dəfə olmaqla şagirdlərin il ərzində dərsləri hansı səviyyədə mənimsəməsini öyrənmək və onların dərsə olan maraqlarını daha çox artırmaq məqsədi ilə kurs rəhbərliyi tərəfindən orta məktəb proqramına uyğun olaraq keçirilir. Yaxşı nəticə göstərən şagirdlər kurs tərəfindən mükafatlandırılır. Sual sayları sinif fərqinə uyğun olaraq müəyyənləşdirilir. Nəticə barədə valideynlər məlumatlandırılır.

Valideyinlərin məlumatlandırılması
İşimizin əsas istiqamətlərindən biri də valideynlərlə işdir. Şagirdin uğur qazanmasında müəllim və valideyn işbirliyinin əhəmiyyəti danılmazdır. Bunu nəzərə alaraq kursumuz tərəfindən valideyinlər, şagird dərsə gəlmədikdə, ev tapşırığını etmədikdə, gündəlik qiymətləndirmə zamanı aşağı nəticə göstərdikdə, dərsə qarşı laqeyid münasibət bəslədikdə, nizam-intizam qaydalarına əməl etmədikdə məlumatlandırılır.

********************************************************************************************* 

 MURAD KİDS Məktəbəqədər hazırlıq.

Təhsil mərkəzimizdə məktəbəqədər hazırlıq  4-5-6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu hazırlıq uşaqlarada ilkin dünya görüşü, riyazi və məntiqi təfəkkürün, oxu və yazı bacarığının formalaşdırılması ilə yanaşı, gələcəkdə məktəb dərslərini daha yaxşı mənimsəməyə zəmin hazırlayır.MURAD KİDS məktəbəqədər hazırlıq proqramı uşaqların məktəbə tam hazırlanmasına imkan verir. Proqramımız Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsil planına uyğundur. Kursdakı məşğələlər uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla müasir təhsil metodlarına əsasən keçirilir. Dərslər Azərbaycan və Rus bölmələri üzrə tədris edilir.

Proqrama aşağıdakı məşğələlər daxildir:

  • Riyaziyyat və məntiq
  • Savad təlimi
  • Yazı təlimi
  • Bədii ədəbiyyat
  • İngilis dili və Rus dili
  • Ətraf aləmlə tanışlıq
  • Oriqami
  • Rəsm
  • Aylıq sınaq imtahanları